Gürcüstan regionda iqtisadiyyatın yaxşılaşma əlamətlərinin olduğu ilk ölkələrdən biridir

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan iqtisadiyyatda yaxşılaşma əlamətlərinin yarandığı regionun ilk ölkələrindəndir.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava danışıb.

Onun sözlərinə görə, Gürcüstan qlobal iqtisadiyyatın bir hissəsidir, buna görə də pandemiya ona da mənfi təsir edib.

“Gürcüstanda təcriddə deyil. Gürcüstan regionun üzvüdür və qlobal iqtisadiyyatın bir hissəsidir. Pandemiya və qlobal iqtisadi böhran Gürcüstana da zərbə endirdi, lakin burada da pandemiya ilə mübarizə istiqamətində atılmış iqtisadiyyatımızın bərpası üzrə addımlarla birbaşa əlaqə var”, – deyə o qeyd edib.

Turnava bildirib ki, təxirəsalınmaz qabaqlayıcı tədbirlər Gürcüstana pandemiya ilə növbəti mübarizəyə və onunla bir yerdə yaşamağa çox-çox yaxşı hazırlaşmağa imkan verib.

“İqtisadiyyatımızın yetəri qədər ciddi problemləri olsa da, Gürcüstan iqtisadiyyatın sağalması əlamətlərinin olduğu ilk region ölkələrindəndir. Hər şey elə də yaxşı deyil, qarşımızda böyük problem durub, lakin bərpanın ilk əlamətləri üzdədir”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş