Scanpix/AFP

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov Gürcüstan-Rusiya münasibətlərinin bərpasına ümid etdiyini ifadə edib.

Mən əminəm ki, Gürcüstanla münasibətlərimiz bərpa olacaq, yoluna düşəcək. Biz bunun lehinə çıxış edən gürcü siyasətçilərinin meydana çıxdıqlarını görürük. Hələ bunlar hakim təbəqədəki kiçik partiyalardır, lakin əminəm ki, yekun nəticə etibarı ilə, bizim ənənəvi, tarixi yaxınlığımız, xalqlarımızın qarşılıqlı meyli qalib gələcək, Gürcüstana Rusiya ilə münasibətlərin normal relsinə qayıtmağa imkan verməməyə çalışan təxribatçılar isə ifşa ediləcəklər”, – deyə o qeyd edib.

Lavrov ölkələr arasındakı hazırkı münasibətləri anomal adlandırıb.

O əlavə edib ki, müdrük və həyatsevər gürcü xalqı hazırkı anomal vəziyyətin öhdəsindən gələcək və “biz dövlətlərimiz, xalqlarımız arasındakı normal münasibətləri bərpa edəcəyik”.

Xatırladaq ki, 2008-ci ildən iki ölkə arasında diplomatik münasibətlər yoxdur. Tbilisi Moksvanın Abxaziya və Cənubi Osetiyanı tanımasına cavab olaraq münasibətləri kəsib.