
Az.shafaqna.com “Moskva”-ya istinadən xəbər verir ki, normal miqdarda istifadə zamanı, banan ürəyin işinə müsbət təsir edir və sinir sistemini möhkəmlədir.
Bu barədə həkim dietoloq Natalya Puqaçova danışıb.
Həkim qeyd edib ki, bananlar kalium, maqnezium, manqan və mislə zəngindir. Kaluim və maqnezium ürəyin normal işləməsi üçün zəruridir, üstəlik bu vitaminlər arterial təzyiqin nizamlanmasında da iştirak edir.
Misə gəlincə, o, insana hemoqlobin və kollagenin sintezində kömək edir. Manqan isə, mütəxəssisin sözlərinə görə, enerji mübadiləsi üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bananda böyük miqdarda B6 vitamini – piridoksin var.
“Bu vitamin sinir sisteminin sağlamlığı, qan əmələ gəlməsi, antioksidant müdafiə üçün mühümdür”, – deyə Puqaçova bildirib.
Dietoloq yetişmiş yox, yüngül kal bananları yeməyi məsləhət görür. Onun sözlərinə görə, onlar nişasta, pektin və sellüloz ilə zəngindirlər. Bunlar isə, öz növbəsində, bağırsaq sağlamlığının saxlanması üçün, həmçinin ateroskleroz və şəkər diabeti zamanı faydalıdır.
Həmçinin xatırladaq ki, bananda təxminən 40 qram karbohidrat var. Azhərəkətli həyat sürən və artıq çəkili insanlar həftədə 2-3 dəfə günə 1 ədəd yeyə bilərlər. İdmançılar isə günə 2-3 ədəd yeyə bilərlər.





























