Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Almaniya Gürcüstanda keçirilən parlament seçkilərinə 37 müşahidəçi göndərəcək.

Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş bildirib.

Qeyd edilir ki, müşahidəçilərin bir hissəsi bir neçə gün sonra Gürcüstana gələcəklər.

Ümid edirəm ki, bizdə 300-dən çox müşahidəçi ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tam müşahidəçi missiyası olacaq ki, bu seçkilərə lazımi şəkildə nəzarət edə bilək. Bu seçkilər, təbii ki, olduqca mühümdür, çünki onlar seçki sistemini dəyişmiş konstitusiyon dəyişikliklərdən sonra baş verəcək. Beləliklə də, nisbətən kiçik partiyaların parlamentdə təmsil olunmaq üçün daha yaxşı şansları var. Bütün səfirliklər, o cümlədən də bizim açıqladıqlarımız seçki kampaniyasını və partiyaların aktivliyini diqqətlə izləyir”, – deyə o bildirib.