photo: Ministry of Defence of Georgia / FB

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Milli Qvardiyasında aktiv ehtiyat proqramı ilə maraqlanan vətəndaşların qeydiyyat prosesi başa çatır.

Gürcüstan Müadfiə Nazirliyinin məlumatına görə, 2020-ci ildə territorial ehtiyat proqramı ilə əvvəlki illərdən daha çox maraqlanıblar. Qeyd edilir ki, bu il qeydiyyatdan keçmiş vətəndaşların sayı 2018-2019-cu illə müqayisədə 50-70% artıb.

Bu il ilk dəfə olaraq polit rejimində əsgərlik mükəlləfiyyəti üzə hərbi xidmətə qadınlar da qəbul edilib. Aktiv ehtiyatlar təxminən 100 qadın maraqlanıb.

Xatırladaq ki, aktiv ehtiyata Tbilisi, Mtsxeta, Acarıstan, Quriya, Sameqrelo – Zemo-Svaneti və Kaxetinin 18-50 yaş aralığındakı sakinləri yazıla bilərlər. Aktiv ehtiyata qəbul könüllü və maaşlıdır… Ehtiyatda olan hərbçinin minimum illik maaşı 2 700 laridir (təxminən 1485 AZN).

Aktiv ehtiyatda xidmət 5 il davam edir və ildə cəmi 45 günlük hazırlığı nəzərdə tutur, buna görə də ehtiyatda olan hərbçilər öz adi həyat tərzlərini dəyişməyə, o cümlədən də təhsil və ya işlərini davam etdirə bilərlər.

Milli Qvardiyanın rəisinin sözlərinə görə, aktiv ehtiyat xidmətini keçən tələbələr onu bitirdikdən sonra hərbi xidmətin keçilməsinə dair arayış əldə edəcəklər.

Ərazi ehtiyatına qəsdən törədilmiş cinayətə görə məhkumluq həyatı yaşayanlar, nizamla bağlı xətaya görə və hərbçinin ləyaqətini alçaldan rəftara görə hərbi xidmətdən qovulanlar, həmçinin narkoloji yoxlamaya dair arayış təqdim etməyənlər qəbul edilmir”, – deyə əlavə edilib.

Xatırladaq ki, “Aktiv ehtiyat” Gürcüstandakı hərbi xidmətin yeni növüdür.