
Az.shafaqna.com “Belta”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində yalan və saxtakarlığın olmadığını deyib.
“Mən sizə and içirəm, seçkilərdə yalan olmayıb. Seçkilərin 80%-ni saxtalaşdırmaq olmaz (söhbət Lukaşenkonun topladığı səslərdən gedir – Belta)”, – deyə o bildirib.
“Onlara (rəqiblərə) seçkilərin nəticələri lazım deyildi, çünki elə olsa idi, onlar paytaxta hücum çəkməzdilər”, – deyə o qeyd edib və deyib ki, insanlar seçkilərdə iştirak edən zaman hücumlara başlayıblar.
Bunu yolverilməz adlandıran Lukaşenko əlavə edib ki, paytaxta buna görə ordu cəlb edilib.






























