Az.shafaqna.com NDTV-a istinadən xəbər verir ki, Hindistanın şimal-şərqində yerləşən Assam ştatında musson yağışları güclü daşqına səbəb olub.

Təbii fəlakət nəticəsində azı 59 nəfər dünyasını dəyişib.

Brahmaputra çayında və qollarında suyun səviyyəsi kritik dərəcədən yuxarı qalxıb, fəlakət zonasında 1,3 milyondan çox insan var, 1636 kənd və qəsəbə su altında qalıb.

Ştat rəhbərliyi qaçqınların müvəqqəti yerləşdirilməsi üçün 150-dən çox düşərgə salıb.