Az.shafaqna.com “Milli Gazete”-yə istinadən xəbər verir ki, Qvineya Respublikasının prezidenti Alfa Konde əmək nazirini nöqsanlarına görə olduqca gözlənilməz və birmənalı olmayan şəkildə cəzalandırmaq qərarına gəlib: dövlət başçısı, sözün əsl mənasında, yumruqları ilə nazirə hücum edib.

Əmək nazirinin döyülmə səbəbi isə öz öhdəliklərini yaxşı yerinə yetirməməsi və işinə qarşı səhlənkarlıq olub. Daha konkret səbəb isə açıqlanmayıb.

İnsidentin görüntüləri sürətlə yayılmağa davam edir.

Kadrlardan görünür ki, 83 yaşlı prezident məmuru yumruq atəşinə tutub və nazirin geri çəkilməkdən başqa yolu olmayıb.