Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava “Wizz Air” və digər şirkətlərlə aparılan danışıqlar barədə məlumat verib.

Yaxın günlərdə biz müəyyən təhlükəsiz istiqamətlər üzrə “Wizz Air”-in reyslərinin oldquca ehtiyatlı və mərhələli bərpasına dair qərar qəbul edəcəyik”, – deyə o bildirib.

Turnavanın sözlərinə görə, danışıqlar “Ryanair” şirkəti ilə də aparılır.

Biz artıq demişik və elan etmişik ki, Gürcüstan adaptasiya mərhələsinə keçib. Bu, o deməkdir ki, sərt məhdudiyyətlərin yerinə biz pandemiya ilə yaşayacağıq. Pandemiyaya baxmayaraq, bizim iqtisadiyyatımız işləyəcək, bu, sərhədlərin daha çox açılması mənasını verir”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Gürcüsta hazırda PZR-test yanaşmasından daha aktiv şəkildə istifadə edir və “yaşıl ölkələrdən” olan əcnəbilər mütləq şəkildə PZR testlərini təqdim etməlidirlər ki, bu da, öz növbəsində, infeksiyasının ölkəyə daxil olması riskini azaldır.

Xarici mənşəli yoluxma hallarının minimuma düşdüyünü deyən Turnava uçuşların mərhələli şəkildə bərpa edildiyini deyib.

Məsələn, sentyabr ayı üçün 90-dan çox reys planlaşdırılıb”, – deyə o əlavə edib.