Az.shafaqna.com “1Prime”-ya istinadən xəbər verir ki, hazırda istənilən telefondakı danışıqları dinləmək olar, lakin bəzi cihazlar məlumatların məxfiliyinin qorunmasında daha güclüdür.

Bu barədə mütəxəssis Dmitriy Kuramin danışıb.

O deyib ki, bir çox mobil telefonlar rabitə operatorlarının texniki imkanlarındakı müxtəlifliklərə görə dinlənilə bilir.

Onun sözlərinə görə, mobil şəbəkəyə dair “A5/3” şifrələmə standartlarından və “VoLTE” texnologiyalarından istifadə edən telefonları dinləmək daha çətindir.

İstənilən adamın ala biləcəyi xüsusi avadanlıqlar olduqda, danışığın mənavi məzmununun əldə edilməsi, praktiki olaraq, real zaman rejimində baş verə bilər”, – deyə o qeyd edib.

Bundan başqa, telefonları bir neçə səviyyədə dinləmək olar. 1-ci – müxtəlif proqram nişanları və troyanlar, 2-ci – canilərin telefona xüsusi hücumları zamanı. Bundan başqa, mobil operatorun şəbəkə infrastrukturu səviyyəsində istifadəçinin öz məlumatlarının bütövlük və mühafizəsini təmin etməsi imkanı yoxdur.