
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ administrasiyasının Suriya prezidenti Bəşər Əsədi öldürmək fikri ilə bağlı bəyanatları ABŞ rəhbərliyinin siyasi etikasının səviyyəsinin göstəricisidir.
Bu barədə Suriya XİN-in rəsmi bəyanatında deyilir.
“ABŞ administrasiyasının prezident Bəşər Əsədi öldürmək niyyəti ilə bağlı bəyanatları bu administrasiya rəhbərlərinin düşüncə və siyasi etika dərəcəsinin açıq göstəricisidir. Bu, yalnız-yalnız öz məqsədlərinə çatmaları üçün cinayətin törədilməsi prinsipinin göstəricisidir”, – deyə Suriya XİN-dən qeyd edilib.
Əlavə edilib ki, Trampın etirafı ABŞ-ın terror təşkilatları kimi öz maraqlarına xatir qətl və digər cinayətlərə əl atmasının isbatıdır.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp etiraf etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin öldürülməsi planını gözdən keçirirdi, lakin müdafiə naziri Ceyms Mettis onu fikrindən daşındırıb.






























