
Az.shafaqna.com “newsgeorgia.ge”-yə istinadən xəbər verir ki, Gürcüstanda 2020-ci ilin iyun ayında ötən ay ilə müqayisədə inflyasiya dərəcəsi -1,4%, illik inflyasiyanın dərəcəsi isə 6,1% təşkil edib.
Bu haqda Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
2020-ci ilin iyun ayında baza inflyasiyasının göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% təşkil edib, amma tütün hesaba alınmasa, illik baza inflyasiyasının göstərici 6,2% təşkil edib.
Qida məhsulları və spirtsiz içkilər. Bu qrupdakı qiymətlər 4,8% azalıb. Aylıq inflyasiya dərəcəsində bu qrupun payı -1,6% təşkil edib. Bu altqruplarda da qiymətlər azalıb: tərəvəzlər və bostan bitkiləri (-28,7%), meyvələr və üzüm (-6,2%), süd, pendir, yumurtalar (-5,2%), balıq (-1,2%).
Nəqliyyat. Burada da 3,4%-lik qiymət azalması qeydə alınıb. Aylıq inflyasiya dərəcəsində qrupun payı -0,37% təşkil edib. Nəqliyyat vasitələrinin alışı (-7,6%) və şəxsi nəqliyyat vasitələrinin istismarındakı (-4,3%) qiymətlə də azalıb.
Paltar və ayaqqabı. Burada isə qiymətlər 5,6% artıb. Müvafiq olaraq, qrupun aylıq inflyasiya dərəcəsindəki payı 0,19% təşkil edib. Həm paltarın, həm də ayaqqabı da qiymətlər qalxıb.
Səhiyyə. Qrupdakı qiymətlər 2,2% artıb. Aylıq inflyasiya dərəcəsindəki payı isə 0,17% təşkil edib. Ambulator tibbi xidmətdə də qiymət artımı qeydə alınıb (7,1%).
İllik iflyasiyaya gəlincə, onun formalaşmasına əsas təsiri bu qruplar edib: qida məhsullar və spirtsiz içkilər, meyvə və üzüb, süd, pendir, yumurta, balıq, kofe, çay və kakao, şəkər, cem və digər şirnilər, çörək və çörək-bulka məhsulları, mineral və bulaq suları, spirtsiz içkilər və təbii şirələr, səhiyyə, nəqliyyat.






























