Scanpix/AFP

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, cari ilin mart-iyun aylarında “Kazbeqi” nəzarət keçid məntəqəsindən Gürcüstan ərazisinə 43 278 Rusiya vətəndaşı və ikili vətəndaşlığı olan şəxs daxil olub.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Quru sərhədlərinin qapadılmasından sonra Rusiyadan yalnız yükdaşıyanlara, həmçinin ikili vətəndaşlığı olanlara və əri və ya 13 yaşadək övladı Gürcüstan vətəndaşı olan Rusiya vətəndaşlarına Gürcüstana daxil olmağa icazə verilib.

Bildirilir ki, Rusiyadan gələnlərin sayında pik mart ayında qeydə alınıb – 39 788 nəfər. Sonrada isə gələnlərin sayı azalıb: apreldə –  3496, mayda – 3561, iyunda – 3433 nəfər.

Pandemiyanın əvvəlindən, Rusiya vətəndaşlarında başqa, Gürcüstan sərhədi 75 683 dəfə keçilib: martda – 39618, apreldə – 11986, mayda – 12635, iyunda – 11444.