Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Suriyanın İdlib əyalətindəki Türkiyənin müşahidə məntəqəsi hücuma məruz qalıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə hərbçiləri arasında ölən və ya yaralanan yoxdur.
Qeyd edək ki, İdlib əyaləti əhəmiyyətli hissəsi hələ də terrorçuların nəzarətində olan Suriyanın yeganə bölgəsidir. Bölgədə Rusiya və Türkiyə hərbçilərinin birgə patrulları həyata keçirilir.
Bu məqaləni paylaş