Az.shafaqna.com ABC-a istinadən xəbər verir ki, Avstraliyanın şərqində Freyzer adasının sahilində akula 20 yaşlı kişiyə hücum edib.

Hadisə yerli vaxtla saat 14:00-da baş verib.

Yerli həkim çimərlikdəcə ilkin tibbi yardım göstərib, daha sonra hadisə yerinə vertolyotla digər tibbi mütəxəssislər gəlib. Lakin akulanın ayağından dişlədiyi kişinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprel ayının əvvəlində həmin bölgədəcə akula başqa bil 23 yaşlı kişiyə hücum edərək onun həyatına son qoymuşdu.