Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Səhiyyə Nazirliyi koronavirusu yüngül halda keçirən insanların ev şəraitində müalicəsi imkanlarını gözdən keçirir.
Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, artıq bütün ailə həkimləri yoluxmuş xəstələrin evdə müalicəsi metodunun təlimini keçiblər. Evdə müalicə protokolu Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən hələ fevral-mart aylarında hazırlanıb.
“Bütün ailə həkimləri bir dövrə təlim keçiblər. Zərurət halında, onlar evdəki pasiyentin vəziyyətini qiymətləndirmə yollarını, onun ağırlıq dərəcəsini, xəstəxanaya yerləşdirilməyin tələb olduğu halları bilirlər… Resurslara gəlincə, bu gündən biz artıq daha artıq ev modelinə adaptasiya haqda düşünürük”, – deyə Qabuniya bildirib.
Nazir müavininin sözlərinə görə, 31 klinikanın koronavirusun idarə və müalicəsi proqramına daxil edilməsi planlaşdırılır.
“Biz 31 klinikanı proqrama qoşmağı planlaşdırırıq. Hələ yay ərzində 12 klinika aktiv iştirak edib. Həmin klinikalar kifayət qədər kliniki təcrübə toplayıb. 3200 çarpayı səfərbər ediləcək. Hazırda bizim sərəncamımızda koronavirus xəstələri üçün 2400 çarpayı var. Həmçinin səhiyyə sektorunun hazırlığı üçün mühüm olan bütün digər komponentlər də, o cümlədən də fərdi qoruma vasitələri nəzərə alınır və artıq onlar klinikalar tərəfindən alınır. Nazirliyin bu gün yalnız strateji tədarükləri var, logistik hissəsində isə problem yoxdur”, – deyə o əlavə edib.
Xatırladaq ki, Gürcüstanda COVID-19 xəstələyinin ikinci dalğası başlayıb.