Getty Images/Reuters

Az.shafaqna.com “Strana.ua”-ya istinadən xəbər verir ki, Ukrayna Ali radasının deputatı Andrey Derkaç yeni səsyazısını yayımlayıb.

Həmin yazıda ABŞ-ın keçmiş vitse-prezidenti və hazırda ABŞ prezidentliyə namizəd Co Bayden Ukraynanın eks-prezidenti Pyotr Poroşenko ilə söhbət zamanı Donald Tramp itə bənzədib.

Səsyazısında Bayden deyir ki, Tramp “necə hərəkət etdiyini və içəridə kimin olduğunu anlamayaraq avtomobili qapan” itə oxşayır.

Poroşenko bu cür müqayisəyə gülüşlə reaksiya verir. Üstəlik Bayden Poroşenko tərifləyib onu “millətin atası” adlandırır.

Derkaçın sözlərinə görə, sözügedən danışıq 2016-cı ildə baş tutub.

Xatırladaq ki, adıçəkilən deputat daha öncə də Poroşenko və Bayden arasında olduğu ehtimal edilən telefon danışığının səsyazısını yayıb.