
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında naməlum şəxs ABŞ-ın Sietl şəhərində etirazçılardan ibarət dəstəni avtomobili ilə vurub.
Bu haqda ABŞ-ın Vaşinqton ştatının polis rəsmisi Rik Conson bildirib.
Onun sözlərinə görə, avtomobil yolun etirazçılar üçün qapadılmış hissəsinə daxil olaraq oradakı insanları vurub.
Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kritikdir.
Polis insidentin detalları ilə bağlı araşdırma aparır.






























