
Az.shafaqna.com TASS-a istinadən xəbərə əsasən, Rusiya və Hindistan arasında COVID-19 əleyhinə vaksinin kliniki sınaqlarının keçirilməsi üçün razılıq əldə edilib.
Razılıq çərçivəsində Hindistana “Sputnik V” vaksininin 100 milyon dozası tədarük ediləcək.
Qeyd edilir ki, tədarük cari ilin sonunda – vaksin Hindistanda kliniki sınaqdan keçirildikdən və hökumət onu qeydiyyata aldıqdan sonra başlaya bilər.
Qeyd edək ki, Rusiya dünyada ilk COVID-19 xəstəliyinə qarşı peyvəndi hazırlayaraq qeydiyyatdan keçirib və ona “Sputnik V” adı verilib.






























