Rusiya vətəndaşlarının hamısının Gürcüstana buraxılmamasının səbəbləri açıqlanıb.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, son zamanlar qanunvericiliyə müvafiq şəkildə Gürcüstan ərazisinə girişinə icazə verilməyən şəxslərin sayı artıb.

Ümumilikdə 17-26 sentyabr dövründə müxtəlif buraxılış məntəqələrindən 78 742 Rusiya vətəndaşı daxil olub və 51 463 Rusiya vətəndaşı çıxıb.

Rusiyalıların Gürcüstana gəlişindəki pik 23-26 sentyabr dövründə olub: 40 548 rusiyalı gəlib, 22 929-u isə çıxıb.

Giriş qaydaları

Qanunun “Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair” 12-ci maddəsinə əsasən, istənilə xarici vətəndaş sərhəd-buraxılış məntəqəsində yoxlamadan keçir, bunun da nəticəsində ona Gürcüstan ərazisinə daxil olmağa ya icazə verilir, ya da həmin şəxs rədd cavabı alaraq sərhədi keçə bilmir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hər bir xarici vətəndaşın yoxlanılması beynəlxalq təcrübəyə uyğun həyata keçirilir.

Sərhədçi xarici vətəndaşa daxil olmağa icazə və ya rədd cavabının verilməsinə dair qərarı müxtəlif faktorlar və şəraitlərin qiymətləndirilməsi nəticəsində qəbl edir“, – deyə nazirlikdən qeyd edilib.

O cümlədən də, nazirliyin məlumatlarına əsasən, əcnəbinin sənədi, onun ölkəyə giriş məqsədi, qalacağı müddət və geri qayıda bilməsi üçün kifayət edən vəsaitinin olub-olmaması da qiymətləndirilir. Həmçinin həmin şəxsin Gürcüstanda daha öncə keçirdiyi müddət də qiymətləndirilir.

“Müvafiq olaraq da, əgər bu standart pozulursa, hüquq-mühafizəçiləri rədd cavabının mümkün səbəblərini və bu qərara etiraz edilməsinin şərtlərini yerindəcə izah edirlər“, – deyə əlavə edilib.

Bununla belə, nazirlik son 10 gün ərzində nə qədər Rusiya vətəndaşına rədd cavabının verildiyinə dair rəsmi məlumat verməyib.