Gürcüstanda koronavirus: 196 yoluxma, 31 sağalma

112
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 196 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər sağalıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 2758 nəfərə çatıb.

İndiyədək ümumilikdə Gürcüstanda 1412 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.

Hazırda 6633 nəfər karantindədir, 836 nəfər həkim nəzarətindədir.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.