Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu gün Ermənistanın paytaxtı Yerevanda onlarla tələbə hökumət binası qarşısında etiraz aksiyası keçirib.

Qeyd edək ki, Ermənistanda ali məktəblərdəki tədris ili 15 sentyabrda başlayıb. Üstəlik bəzi universitetlər təhsil haqqının qiymətini artırıblar.

Bildirilir ki, koronavirusa görə çoxlu tələbə işini itirib və maliyyə baxımından ziyan görüb.

Tələbələr hökumətdən onların təhsil haqlarının qismət kompensasiya edilməsini tələb edirlər. Hökumətə təqdim edilən yazılı etiraz formasına 5 min tələbə imza atıb.