Fələstində “Qəzəb günü” elan edildi – SƏBƏB

Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, Fələstinin “əş-Şaab” partiyasının siyasi bürosu çərşənbə axşamı gününü Fələstində “Qəzəb günü” elan edib.

Partiya rəsmisi Fəhmi Şahin bildiri ki, “Qəzəb günündə” Fələstinin müxtəlif şəhərlərində bir sıra ərəb dövlətlərinin İsraillə münasibətləri normallaşdırmasına qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.

O, İsrail ilə münasibətlərin normallaşdırılmasını “Fələstin xalqının qayələrinə xəyanət” adlandırıb və əlavə edib ki, “fələstinlilərin daimi siyasi mövqeyi sionist rejimi və “əsrin müqaviləsi” ilə mübarizədir”.

Xatırladaq ki, BƏƏ və onun ardınca da Bəhreyn İsrail ilə münasibətləri normallaşdırırlar.

Bu, müsəlman dünyasında sərt tənqidlərə səbəb olub.

Bu məqaləni paylaş