
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Tacikistan ərazisində 5 bal gücündə zəlzələ baş verib.
Tacikistan Elmlər Akademiyasının Geofiziki Xidmətinin məlumatına görə, zəlzələ bu gün yerli vaxtla 14:34 baş verib.
“Düşənbədən 195 km şərqdə yerləşən episentrdə yeraltı təkanın maqnitudası 5 təşkil edib”, – deyə qeyd edib.
Düşənbədə isə zəlzələnin gücü 3 bal olaraq hiss edilib.
Qurban və dağıntıların olub-olmaması barədə hələ məlumat verilməyib.






























