
Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, yüzminlərlə köçəri quş ABŞ və Meksikada ölü halda tapılıb.
Qeyd edilir ki, quşların əksəriyyətinin cəsədləri 20 avqustda ABŞ-ın Nyu-Meksiko ştatının ərazisindəki qoruqda və Vayt-Sends poliqonunda tapılıb. Daha sonra oxşar hallara Kolorado və Texas ştatlarında, həmçinin Meksika ərazisində də rast gəlinib.
“Bu, 6-rəqəmli bir saydır. Sadəcə gördüyümüzün miqyasına baxdıqda anlayırıq ki, bu, olduqca böyük hadisədir, yüzminlərlə, bəlkə də, milyonlarla ölü quş (var)”, – deyə Nyu-Meksiko Universitetinin professoru Marta Desmond bildirib.
Onun sözlərinə görə, söhbət fərqli növlərdən olan quşlardan, xüsusilə də sərçə və qaratoyuqlardan gedir.
Hazırda alimlər qanadlıların kütləvi ölümünün nə ilə bağlı ola biləcəyini aydınlaşdırırlar.






























