Azərbaycan Polisi Qarabağ şəhidləri və əlillərinin övladlarını sevindirdi – FOTO

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq rayon ərazisində yaşayan Qarabağ müharibəsində şəhid və əlil olmuş ailələrin övladlarına çanta və dərs ləvazimatları hədiyyə edib. Bu hədiyyələrə ən çox sevinən balacalar olub. Onlar fərəh və qürur hissi ilə dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər. Polisin bu humanist addımı valideynlər tərəfindən yüksək qiymətləndirilib, məktəbə yeni başlayan şagirdlərdə həvəs və ruh yüksəkliyi yaratdığı qeyd olunub. Polis əməkdaşları da öz növbəsində balacaları yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, yaxşı təhsil almağı, müstəqil dövlətimizə layiqli vətəndaş kimi böyümələrini arzu ediblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş