radaspilnot.org.ua

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Fici ərazisində 150 gün ərzində bir dənə də olsun yeni koronavirusa yoluxma halı aşkar edilməyib.

Bu məlumatı Ficinin Baş naziri Frenk Bainimarama özünün “Twitter” hesabında paylaşıb.

Fici artıq 150 gündür əhali arasında bir dənə də olsun COVID-19-a yoluxma halı qeydə almır. Bu nəticəyə pandemiyaya qəti reaksiya və sərhəddəki incədən-incəyə yoxlamanın sayəsində nail olmuşuq”, – deyə o bildirib.

Qeyd edək ki, bu ölkədə indiyədək cəmi 32 yoluxma və 2 ölüm halı olub.