Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirus infeksiyasının yayılmasından sonra heç bir şərt olmadan öz sərhədlərini Gürcüstan vətəndaşları üçün açan ölkələrin adlarını çəkib.

Onun sözlərinə görə, bunlar Baltikanın 3 ölkəsi, həmçinin Almaniya, Fransa və Macarıstandır.

Bunlar, bu gün üçün heç bir şərt olmadan öz sərhədlərini Gürcüstan vətəndaşları üçün açan ölkələrin siyahısıdır. Buna əsaslanaraq, biz də bu ölkələrə qarşı adekvat yanaşmanın olması barədə düşünürük”, – deyə o, jurnalistlərə bildirib.

İtaliyaya gəldikdə isə, o bildirib ki, bu ölkənin ərazisinə gedəcək bütün Gürcüstan vətəndaşları mütləq şəkildə 14-günlük özünütəcrid prosedurasından keçməlidir.

Yunanıstana gəlincə, 3-cü ölkənin vətəndaşları onun ərazisinə daxil ola bilmək üçün, uçuşdan 48 saat öncə xüsusi ərizə doldurmalıdırlar. Sənəddə səfərin məqsədi, uçuşun və geri uçuşun tarixləri, həmçinin Yunanıstan ərazisində daimi şəkildə harada olacağını qeyd etməlidir. İspaniyanın da oxşar tələbləri var.

Bütün ölkələr, təbii olaraq, termoskrininq tələb edir. Polimer zəncirvari reaksiya testləri tələb edən İsveç kimi nümunə də var”, – deyə Zalkaliani bildirib.

Qeyd edək ki, Avropa İttifaqı 1 iyuldan 15 təhlükəsiz ölkə üçün öz sərhədlərini açıb ki, bu ölkələr arasında Gürcüstan da var.