Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın bir neçə şəhər və kəndlərində tədris prosesi distant şəkildə aparılacaq.

Distant təhsil Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori, Poti, Batumi və Kobuleti şəhərlərində, həmçinin Xelvaçauri, Keda və Şuaxevi bələdiyyələrində, Axmeta bələdiyyəsinin Matani kəndində, Çoxatauri bələdiyyəsinin Zoti və Çxakauri kəndlərində, həmçinin Qori bələdiyyəsinin Kitsnisi kəndində başlayacaq.

Təsisatlararası Koordinasiya Şurasının qərarına əsasən, adıçəkilən ərazilərdə distant təhsil 1 oktyabradək aparılacaq, 1 oktyabrdan isə tədris prosesi sinif və auditoriyalarda davam etdiriləcək.