Azərbaycanda koronavirusa yoluxma sayı – Statistika, faizlər

98
0

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 630, bu günə qədər isə ümumilikdə 1 013 108 test icra olunub.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.38 faizi sağalıb. Yoluxanlardan 5.15 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  38 403 nəfərin 1.46 faizi (564 nəfər) dünyasını  dəyişib.