
Bu gün saat 16:23-də Şahbuz stansiyasından 18 km qərbdə, Naxçıvan MR-nın Babək rayonunda zəlzələ qeydə alınıb.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 2,9, dərinliyi 10 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.






























