
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, “Pari Sen-Jermen”-in hücumçusu Neymar “Marsel”-in müdafiəçisi Alvaro Qonsaleslə Fransa çempionatının 3-cü turunda baş vermiş münaqişəni şərh edib.
“Yalnız əclafın üzündən vurmadığım üçün təəssüf edirəm”, – deyə o bildirib və əlavə edib ki, təhqir edildiyi anların təkrarına baxılmasını istəyir.
Xatırladaq ki, oyunun sonunda futbolçular arasında dava başlayıb. Neymar yumruqla Qonsalesin başından vurub və qırmızı kart alıb. Həmçinin davada iştirak etmiş Dario Benedetto, Leandro Paredes, Jordan Amavi və Leyvin Kurzava da meydandan kənarlaşdırılıblar.
Neymar deyib ki, “mən onu irqçi olduğu üçün vurdum”.






























