Az.shafaqna.com “Al Jazeera”-ya istinadən xəbər verir ki, Fələstin Bəhreyndəki səfirini geri çağırıb. Bu addım Bəhreyn İsraillə münasibətlərin normallaşdırılması qərarı qəbul etdikdən sonra atılıb.

Fələstinli səfir artıq Manamanı tərk edib.

Xatırldadaq ki, Bəhreynlə yanaşı, BƏƏ də İsraillə münasibətlər qurmaq qərarı qəbul edib.

Fələstin hər iki ərəb dövlətinin qərarını sərt tənqid edib. Əbu-Dabidəki səfir də geri çağırılıb.

Qeyd edək ki, Misir və İordaniyanın da İsrail ilə münasibətləri var.