Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, gün işığının azalmasının səbəb olduğu payız qüssəsinə müxtəlif rəngli və düzgün işıqlandırma ilə qalib gəlmək olar.
Bu fikri həkim psixiatr Viktor Xanıkov səsləndirib.
O qeyd edib ki, günün işıqlı saatlarının uzunluğunun azalması və tutqun hava xoşbəxtlik hormonunun – serotonin ifrazının azalmasına gətirib çıxarır. Bu, xüsusən də, sentyabrda hiss olunur.
“Biz indi payız gecə-gündüz bərabərliyinə yaxınlaşırıq və işıqlı günlərin azalma sürəti maksimumdur. Məhz elə bu anda da depressiv pozuntular başlayır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, daha çox işıq yaratmaq lazımdır. Bunun üçün isə parlaqlığı artıran xüsusi lampalardan istifadə etmək lazımdır. Bundan başqa, əhvalın düzəldilməsi üçün dekorativ rəngarəng işıqlardan da istifadə etmək olar