
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Prezidentinə təbrik mətkubu göndərib.
Az.shafaqna.com xəbər verir ki, bu haqda QMİ-nin rəsmi saytında məlumat verilib.
Məlumatda “Rusiya Federasiyasında keçirilmiş ümumxalq səsverməsi – Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərin Rusiya xalqının və dövlətinin mənafeyinə xidmət edəcəyi, ənənəvi mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasına vəsilə olması münasibətilə Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Vladimiroviç Putinə və Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətlərinə təbrik məktubları ünvanlanıb.”, – deyə qeyd edilir.































