ABŞ əhalisinin 68%-i Trampın pandemiya ilə bağlı sözlərinə inanmır

Az.shafaqna.com ABC-a istinadən xəbər verir ki, ABŞ sakinlərinin 68%-i Ağ Ev başçısı Donald Trampın koronavirus pandemiyası ilə bağlı dediklərinə etibar etmir.

Buna “Ipsos” araşdırma xidmətinin sorğusunun məlumatları dəlalət edir.

Sorğu iştirakçılarının 67%-i infeksiyanın yayılması ilə mübarizədə Trampın olduqca yavaş hərəkət etdiyini hesab edir. Üstəlik 31% qeyd edib ki, dövlət başçısı düzgün istiqamətdə hərəkət edib, yalnız 1% onun olduqca tələsik qərarlar qəbul etdiyini deyib.

Qeyd edilir ki, Trampın dəstəkləyənlərin əksəriyyəti Respublikaçı partiyasının tərəfdarlarıdır. Belə ki, onların 69%-i öz lidelərinin COVID-19 ilə mübarizə kursunu dəstəkləyiblər.

Sorğu iştirakçılarının təxminən 35%-i ümumən Trampın pandemiyanın fəsadlarının aradan qaldırılması siyasətini dəstəkləyib.

Con Hopkins Universitetinin məlumatına görə, hazırda ABŞ koronavirus hallarının sayına görə 1-ci yerdədir: 6 519 979 yoluxma, 194 079 ölüm, 2 451 406 sağalma.

Bu məqaləni paylaş