
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Vasiliy Vlasov rusiyalılara 16 yaşdan maşın sürmək icazəsinin verilməsini təklif edib.
O deyib ki, 16-17 yaşlı gənclər rəsmi şəkildə işə düzələ bilirlər, onların bir çoxu başqa şəhərlərə köçür və ailələrindən ayrı yaşayırlar.
Vlasov bununla bağlı yüngül minik vasitələrinin idarə edilməsi üçün zəruri olan senzin 16 yaşadək azaldılması ilə bağlı dəyişikliklərin məqsədəuyğunluğunun gözdən keçirilməsini xahiş edib.
Deputat həmçinin “B” kateqoriyası sürücülük vəsiqələrinin alınması üçün tədrisə başlama yaşının da 15,5 yaşadək azaldılmasını da təklif edib.
Onun fikrincə, bu, gənclərə daha erkən yaşda iqtisadi işlərə qoşulmağa imkan verəcək, çünki avtomobil əldə etmək arzusu əmək fəaliyyətinə erkən başlamaq və maliyyə müstəqilliyinə nail olmaq meylinə çevrilə bilər.






























