Pakistanda baş verən sel fəlakətindən sonra Türkiyədən bu ölkəyə yardım aparan təyyarələrin sayı 9-a yüksəlib.

Az.shafaqna.com trthaberə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi sel fəlakətindən sonra Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyasında Pakistana göndərilən yardımla bağlı “Twitter”də paylaşım edib.

Buna görə, avqustun 31-dək Türkiyədən Pakistana 9 təyyarə ilə 7 min 120 ailə tipli çadır, 7 min 990 ədyal və yastıq, 11 min 314 ərzaq bağlaması, 2 min uşaq qidası və gigiyena paketi, 1320 qutu geyim materialı,426 min ədəd tibbi ləvazimat, 1008 ədəd mətbəx dəsti, 50 ədəd motorlu qayıq, 3 min 935 ədəd müxtəlif ərzaq məhsulları göndərilib.

Digər tərəfdən, 2-ci “Xeyirxahlıq qatarı” ilə 2 min ailə tipi çadır, 21 min 50 ədyal, 4 min 32 mətbəx dəsti, 2 min 808 ərzaq bağlaması və 14 min ədəd müxtəlif ərzaq məhsulları Pakistana göndərilir.

Bu arada, bölgədə Türkiyədən 11-i AFAD əməkdaşı, 3 nəfərlik tibbi heyət və 6 qeyri-hökumət təşkilatı olmaqla 20 nəfər fəaliyyət göstərir.