
Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi “Facebook”da məlumat yayıb.
“Tofiq Yaqublu indilərdə “City Hospital”a gətirilir”, – deyə o yazıb.
T.Yaqublu artıq 11 gündür aclıq keçirir.
Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib.
Tofiq Yaqublu ittihamları qəbul etməyib.
Hökmdən apelyasiya şikayəti verilib.






























