
Avqustun 21-dən avqustun 28-dək Gürcüstanda 13 737 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 1 həftə ərzində koronavirusdan, 14 486 nəfər müalicə olunaraq sağalıb.
Eyni zamanda bildirilir ki, koronavirusdan 3 nəfər həyatını itirib.
Bir həftə ərzində 76 704 ədəd testləşmə aparılıb. 7 günlük testləşmənin müsbət göstəricisi -17.91 % təşkil edir.




























