
Az.shafaqna.com “iran.ru”-ya istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyi (MN) Böyük Britaniyanı Tehrana olan və 40 ildir yubadılan borcunu ödəməyə çağırıb.
İran MN-dən bəyan edilib ki, Böyük Britaniya rəhbərliyi müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina edib və bu, Londonun onların beynəlxalq arenadakı nüfuzuna zərbə endirib.
Qeyd edilir ki, borc 1971-ci ildə tank alışı üçün Böyük Britaniya ilə şah dönəmindəki İran arasında imzalanmış müqavilədir. Sənədə əsasən, Böyük Britaniya İrana 1500 tank və zirehli maşın tədarük etməli idi.
İranın öz tərəfindən bütün ödənişləri etməsinə baxmayaraq, Böyük Britaniya şahın devrilməsindən sonra müqaviləni başa çatdırmaqdan imtina edib.
Beynəlxalq məhkəmənin 2012-ci il tarixli qərarına əsasən, Böyük Britaniya hökuməti müqaviləni icra etmədiyi üçün İrana 400 milyon funt sterlinq ödəməlidir.






























