
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın güclü iqtisadi dövlət olması üçün birlikdə çalışmaq lazımdır.
Bu barədə Gürcüstanın Baş naziri Giorqi Qaxariya bildirib.
“Razılaşmamaq mümkün deyil ki, bizim sabahkı günümüz, sabahkı planlarımız keçmişlə – Mtsxeta və Svetitsxovelinin təcəssümü olduğu bizim böyük, xüsusi keçmişimizlə bağlı olmalıdır. Biz hamımız birlikdə işləməli və zəhmət çəkməliyik ki, bu ölkə iqtisadi güclü, ədalətli və Avropa ölkəsi olsun”, – deyə o qeyd edib.
Həmçinin o, Mtsxeta şəhərindəki problemlərə də toxunub və deyib ki, pandemiya və iqtisadi böhrana baxmayaraq, sistem layihələri dayanmayıb.
Onun sözlərinə görə, bir çox yerdə hələ infrastruktur və su təchizatı problemlərini həll etmək lazımdır.
Suvarma layihələrinin 9 yerdə həyata keçirilməsi və onların vasitəsi ilə əlavə 4 min hektar ərazinin suvarıla biləcəyinə baxmayaraq, bu istiqamətdə hələ çox işlər görülməlidir.
“Bilirəm ki, bu region və Mtsxeta üçün Kveşeti-Kobi sahəsinin böyük əhəmiyyəti var. Həmçinin 2021-ci ildə başlayaraq həyata keçiriləcək Nataxtari-Jinvali də. Bütün bunlar Mtsxeta üçün əlavə resurslardır”, – deyə o bildirib.
O əlavə edib ki, Mtsxeta üçün ən mühüm mövzulardan biri turizmdir, lakin bu il qlobal pandemiya hər kəsə təsir edib.





























