Pixabay

Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Çin “TikTok” mobil əlavəsinin ABŞ seqmentinin satışına qarşıdır və satışdansa, platformanın ABŞ ərazisində qadağasına razılığı üstün tutur.

Mənbənin məlumatına görə, Çin rəhbərliyi hesab edir ki, “TikTok”-un məcburi satışı Pekinin zəifliyi kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, proqramın sahibi olan “ByteDance” şirkəti “TikTok”-un seqmentlərinin ABŞ və ya istənilən digər ölkədə qadadılmasının Çin tərəfindən şirkətə təklif edilməyini bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, adıçəkilən proqramı ölkə ərazisində qadağan etməyi planlaşdırır. Daha sonra isə deyib ki, “Microsoft” və ya digər ABŞ şirkəti proqramın alışına dair saziş imzalamalıdırlar, əks halda sosial şəbəkənin ölkə ərazisindəki fəaliyyəti qadağan ediləcək.