
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında qızıl mədənində uçqun baş verib.
Cənubi Kivu əyalətindəki insident zamanı onlarla insan həyatını itirib.
Hadisə yerində xilasedicilər işləyir. Ölənlərin cəsədlərinin axtarışı aparılır.
Xilas olmuş mədənçilərdən biri deyib ki, mədəndə 50-dən çox insan olub.




























