Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər üçün əsas məsələlərdən biri övladlarına məktəbli ləvazimatları almaqdır.
“Az.shafaqna.com” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) göstərişinə uyğun olaraq paytaxtda bəzi metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları qurulur.
Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.
Yarmarkalar Bakı ŞİH-nin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb. Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir
BŞİH-dən “Xəzər” TV-yə bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.
