Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, dietoloq, Rusiya Federal Tibbi-Bioloji Agentliyinin professoru Marqarita Koroleva qəhvə vasitəsi ilə arıqlamağın təhlükəli olma səbəbi barədə danışıb.
Onun sözlərinə görə, kofein həqiqətən maddələr mübadiləsini sürətləndirir, lakin bu, ürək döyünmələrinin tezliyinə görə baş verir.
“Əgər biz kofeinə piyyandırıcı vasitə kimi baxıb bunun üçün gündə 8 fincan qəhvə içərsək, ürəyimizlə nə olacaq? Əlbəttə, ürəklə bağlı müvafiq problemlər olacaq”, – deyə o bildirib.
O əlavə edib ki, bu içki hipertoniya xəstəliyi və ya ürək ritminin pozuntusu olan insanlar üçün zərərlidir.
Bununla yanaşı o qeyd edib ki, qəhvə orta miqdarda olduqda piy qatlarının azaldılmasına o zaman kömək edə bilər ki, o, hər növ kalorili əlavələr olmadan içilsin.