Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti pisləşən epidemioloji vəziyyətlə bağlı olaraq məktəb və iri ali məktəblərdəki tədris ilinin başlanğıcını 15 sentyabrdan 1 oktyabra keçirib.

Bu barədə Gürcüstanın Baş naziri Giorqi Qaxariya məlumat verib.

Söhbət Tbilisi, Kutaisi, Rustavi, Zuqdidi, Qori, Poti və Batumi kimi şəhərlərdən gedir.