
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, küçə iti və ya məsuliyyətsiz sahibin iti dişləyən zaman dərhal təkcə yaranı yumaq yox, həm də onu dezinfeksiyaedici vasitələrlə təmizləmək lazımdır.
Bu barədə Rusiya Kinologiya Federasiyasının prezidenti Vladimir Qolubev danışıb.
“İlk olaraq zədəni gözdən keçirərək təxmini ağırlıq dərəcəsini müəyyən edin. Qanaxmanı dayandırın: əgər arteriyaya toxunulubsa, zədələnmiş yerdən yuxarı qaytan bağlayın, əgər zədələnən venadırsa, aşağıdan. Daha sonra yaranı təmiz axar su ilə yuyaraq (itin) tüpürcəyini və çirki aradan aparmaq lazımdır”, – deyə o bildirib.
İkinci mərhələ dişlənmiş yerin işlənilməsidir. Əgər yaxınlıqda xloreksidin və ya hidrogen peroksid yoxdursa, mütəxəssis adi təsərrüfat sabunundan istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, bu sabun mövcud vəziyyətdə antibakterial sabunlardan daha münasibdir, çünki tərkibində çoxlu qələvi var və nəticədə də xəstəlik törədən mikrooqranizmləri əla öldürür.
İt qapdığı yerin ilkin işləməsindən dərhal sonra kinoloq tibb müəssisəsinə müraciət etməyi məsləhət görür. Əgər hücum edən it peyvənd edilməyibsə və ya peyvənd edilib-edilmədiyini öyrənmək imkanı yoxdursa, xəsarət alan şəxs quduzluq əleyhinə peyvənd kursu keçməlidir.
“Əsla bu prosedurdan boyun qaçırmayın: quduzluq ölümcül xəstəlikdir, onun qarşısını almaq olar”, – deyə o bildirib və əlavə edib ki, özbaşına sağaltmaq olmaz.
Mütəxəssisin sözlərinə görə, dişlənmiş adamın növbəti addımı polisə müraciət etmək olmalıdır. Əgər heyvanın sahibi varsa, ətrafdakıların sağlamlığına təhlükə mənbəyi olan heyvan tərbiyələndirmə və saxlamada səhlənkarlığa görə onu məsuliyyətə cəlb etmək lazımdır. Əgər it küçə itidirsə, zərərçəkən şəxs yerli administrasiyaya müraciət etməli və heyvanların tutulmasını tələb etməlidir.
“Unutmayın ki, bu cür hadisələri diqqətsiz qoymaq olmaz. Yalnız sizin laqeyd olmayan münasibətiniz bu problemi həll etməyə kömək edə bilər”, – deyə Qolubev qeyd edib.
Müəllif: Yelizaveta İvanova





























