Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyi orduda koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən qoruyucu qaydalar tətbiq edir.

Müdafiə naziri İrakli Qaribaşvili ötən gün nazirlikdə və Müdafiə Qüvvələrinəd nəzarəti gücləndirməyə dair göstəriş verib.

Xüsusilə də, nazir bütün nəzarət-keçid məntəqələrində məcburi termoskrininqin quraşdırılması, bütün qapalı məkanlarda məcburi şəkildə maskadan istifadə, məzuniyyətə çıxan hər bir kəsə təhlükəsizlik tədbirləri və “risk zonalarına” səyahətdən çəkinmələrinə dair ətraflı təlimatın verilməsi əmrini verib.

Yoluxma ocağından qayıtdıqdan sonra şəxsi heyət özünütəcridə keçirilməli, daha sonra isə COVID-19 testindən keçməlidir.

Mümkün qədər hər kəsin distant iş rejiminə keçməsi məsləhət görülüb.

Xatırladaq ki, Gürcüstanda koronavirusa yoluxma sayında kəskin artım baş verib. Baş nazir Giorqi Qaxariya ikinci dalğanın başladığını deyib.