
Az.shafaqna.com “iran.ru”-ya istinadən xəbər verir ki, “Zülfüqar-99” hərbi təlimlərinin mətbuat katibi kontr-admiral Şəhram İrani elan edib ki, İran hava hücumundan müdafiə (HHM) qüvvələri bütün ölkələrə PUA-larını təlimlərin keçirildiyi zonanı tərk etmələri üçün xəbərdarlıq edib.
“Təlim ərazisinin yaxınlığında uçan bütün xarici PUA-lara xəbərdarlıq edilib ki, təlim zonasını tərk etsinlər”, – deyə o bildirib.
İrani əlavə edib ki, həmin vaxtda ABŞ dronlarının fəaliyyətində nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir.
“Daimi hərbi-dəniz patrulu və təlim zonasının ümumi müşahidəsinin köməyi ilə İran HHQ və HDQ, o cümlədən də hərbi təyyarələr, kəşfiyyat PUA-ları “Zülfüqar” təliminin keçiriliyi bölgəni tərk etmələrinin zərurəti barədə xəbərdarlıq ediliblər”, – deyə o qeyd edib.
Təlim zamanı ABŞ dronlarının təlim bölgəsindən məlumat toplama ilə bağlı müxtəlif məqsədyönlü hərəkətlərinin şahidi olduğunu deyən İrani bildirib ki, “bu hərəkətlər ordunun siqnal tanıma sistemləri tərəfindən aşkar edilib və HHM tərəfindən xəbərdarlıq edilib”.
“Onlar İran ordusunun müşahidə, tanıma və mühafizə sistemlərinin hazırlıq səviyyəsini görüb bu bölgəni tərk etməli oldular”, – deyə o əlavə edib.
Xatırladaq ki, 3 günlük “Zülfüqar-99” hərbi təlimləri cümə axşamı günü başlayıb və Hörmüz boğazı, Makran sahili, Oman körfəzi və Hind okeanının 10 dərəcə şimal enliyinədək olan şimal hissəsində 2 milyon kvadrat metr sahəni əhatə edir.
HHQ və Quru Qoşunları hissələri təlimlərdə iştirak edəcəklər. Təlimlər zamanı taktiki həmlə və müdafiə strategiyaları məşq edəcəklər.
Təlimlər zamanı müxtəlif müdafiə sistemləri, o cümlədən də PUA, torpeda, “yer-yer” və “sahil-dəniz” tipli qanadlı raketlər, “quru-hava” və “hava-quru” tipli raketlər və gəmilərdə quraşdırılmış raket qurğuları sınaqdan keçiriləcək.az






























